İran-Ermənistan cütlüyünün əsas ortaq fəaliyyəti narkoticarətdir - ÖZƏL

"İran-Ermənistan cütlüyünün əsas ortaq fəaliyyəti narkotrafik və narkoticarətdir".

Bu fikirləri "OLAYLAR"-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki,  İran beynəlxalq narkotik istehsalçısı və tədarükçüsü kimi istehsal etdiyi və ərazisindən tranzit keçən narkotik dövriyyəsini Ermənistan ərazisindən digər ölkələrə ötürür:

"İşğal dövründə Azərbaycan ərazilərində əkilən və istehsal edilən narkotik də bu trafikin tərkib hissəsi idi. İran işğala son qoyulandan sonra bu işi Xankəndi və ermənilərin əlində olan ətraf ərazilərdə indi də həyata keçirir".

Azər Qasımov onu da deyib ki, hər iki ölkəni ümumi olaraq birləşdirən amil isə həm Tehran, həm də İrəvanın Bakıya olan düşmən münasibətidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31