Molla rejiminin radikal feminist qruplarla işbirliyi
3 Fevral 2023 11:30 Siyasətİran düşmənçilik apardığı siyasi hakimiyyətlərə qarşı "narazı kütlə" hazırlamağa çalışır
Ölkmizin İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum nəinki Azərbaycan cəmiyyəti, eləcə də beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə pislənilib. Buna səbəb terror aktının törədilməsi zamanı və ondan sonra səfirliyin və onun əməkdaşlarının təhlükəsizliyini təmin etməyə borclu olan İran İslam Respublikasının hadisənin hərtətəfli araşdırılması istəyində olmamasıdır. Görünən odur ki, İran-fars rejimi nəinki baş verən cinayət hadisəsinin obyektiv və hərtərəfli araşdırmır, hətta transmilli cinayətin məişət səviyyəsinə endirilməsinə çalışır. Fakt isə ondan ibarətdir ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Siyasi analitiklərin qənaətinə görə, molla rejimi bu dövlət terroru ilə Azərbaycanın İsraildəki Səfirliyinin fəaliyyətini əngəlləməyə, Azərbaycana öz aləmində əzələ nümayiş etdirməyə dair uğursuz həmlə etdi. İndi daha aydın olur ki, Londonda Səfirliyimizə qarşı olan hücumun arxasında da molla rejimi idi. Həmin hücumu törədən qruplaşma İran fanatları olan qruplaşma ilə yaxın münasibətlərə malikdir. Millət vəkili Nizami Səfərov qeyd edib ki, Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum beynəlxlaq hüququn fundamental normalarının kobud şəkildə pozulması kimi tövsif edilməlidir. Deputat qeyd edib ki, belə bir hüquqi nəticə ilk növbədə dövlətlərarası münasibətlərin bünövrəsini təşkil edən həm Azərbaycanın, həm də İranın iştirakçısı olduqları 14 aprel 1961-ci il tarixli "Diplomatik əlaqələr haqqında" Vyana Konvensiyasında təsbit edilmiş öhdəliklərin pozulmasından hasil olur: "İmperativ xarakter daşıyan həmin öhdəliklərə əsasən yerləşmə dövləti diplomatik nümayəndəliyin binalarının və diplomatik aqentlərin şəxsiyyətinin toxunulmazlığını və onların hər cür hücumlardan yaxud zərər vurulmasından qorumalıdır və Konvensiyanın 22-maddəsinə əsasən qeyd edilənlər yerləşmə dövlətinin xüsusi vəzifəsidir. 1961-ci il tarixli bu beynəlxalq müqavilənin beş dildə olan bütün autentik nüsxələrində məhz "xüsusi vəzifə" terminindən istifadə edilir və həmin vəzifə ən ciddi formada pozulub. İkinci mühüm məqam Azərbaycanın və İranın qoşulduqları 14 dekabr 1973-cü ildə Nyu Yorkda qəbul olunmuş "Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə qarşı, cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyasının" pozulmasıdır. Həmin beynəlxalq müqavilənin 2-ci maddəsinə əsasən diplomatik nümayəndəliyin binalarına, yaşayış yerlərinə və ya nəqliyyat vasitələrinə təhlükə yaradan zorakı hücumlar ən ağır transmilli terror cinayəti kimi qiymətləndirilir. Çoxsaylı beynəlxalq hüquq sənədlərinə, o cümlədən universal səviyyədə BMT tərəfindən qəbul edilən "Terrorçuluqla mübarizə Strateqiyasına" uyğun olaraq bu cür əməllərin hansı niyyət və ya motivlərlə törədilməsi onların terror aktı kimi tövsifinə heç bir təsir göstərmir". N.Səfərov vurğulayıb ki, törədilmiş cinayətin istintaqına artıq başlanılıb və ölkəmizin beynəlxalq hüquqa uyğun olaraq bütün prosesləri nəzarətdə saxlaması üçün müvafiq hüquqi baza mövcuddur: "Bunları yuxarıda qeyd etdiyim Konvensiyalar və həmçinin Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında hüquqi yardım haqqında 1998-ci il fevralın 21-də Bakı şəhərində imzalanmış Müqavilə və iki dövlət arasında "Əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında" 2002-ci il 20 may tarixli Müqavilə təşkil edir".
Millət vəkili, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirib ki, son vaxtlar xaricdə 5 səfirliymizə basqın olub: "Livanda, Fransada, Londonda, indi də Tehranda: "Biz bilirik ki, Ermənistan və İran bizə qarşə düşmənçilik fəaliyyəti aparır. Ona görə də, səfirliklərimizin təhlükəsizlik sistemi yenidən qurulmalıdır. Adi vətəndaşlar da söyləyirlər ki, məsələn, olmazdımı bir nəfər səfirlikdə içəridə monitorun qarşısında oturub, səfirliyin ətrafında baş verən prosesləri müşahidə eləsin? Onda görərdi ki, kimsə əlində avtomat səfirliyə yaxınlaşır, kimsə ağır çəkiclə qapını sındırır və s. Heç olmasa qapını aşçmazdılar, yaxud özləri silahlanardılar, qoruyucu gödəkcə geyinərdilər. Səfirliyin binasının işərisində ikiqat mühafizə sistemi qurulmalı idi. Bütün bunlar onu göstərir ki, bu sahədə ciddi nöqsanlar var. Biz müvafiq dövlət orqanlarının rəhbərlərini parlamentə dəvət etməliyik və parlamentdə bu məsələlər ciddi şəkildə müzakirə olunmalıdıır. Yenə də qeyd edirəm ki, bizim təhlükəsizlik xidmətinin əməkdaşları əgər silahla təmin olunmayıblarsa, onların silahla təmin olunması məsələsi də mütləq öz əksini tapmalıdır. Biz, Bakıda bir çox səfirliklərdə oluruq, görürük ki, təhlükəsizlik xidmətinin əməkdaşları qoruyucu gödəkcə geyinirlər və hamısının üzərində də silahlar var. Tehrandakı səfirlikdə uşaqlar, qadınlar və səfirliyin əməkdaşları var idi. Bizim Tehrandakı səfirliyn Vasif Tağıyev adlı əməkdaşının şəxsi cəsarəti və qəhrəmanlığı olmasaydı necə böyük bir qətliam baş verəcəkdi. Görünür, səfirliyin təhlükəsizlik xidmətinin əməkdaşları ilə də iş aparılmalıdır. O da araşdırılmalıdır ki, bu şəxsin silahı bizim təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən alınıbsa, o şəxs niyə bayıra çıxarılıb, niyə bizim təhlükəsizlik xidmətinin istintaq qrupunun əməkdaşları onu dindirməyənə qədər polisə təhvil verilib və s. Ona görə də düşünürəm ki, parlamentdə, ya plenar iclasda, ya müdafiə, təhlükəsizlik və korrupsiyaya ilə mübarizə komitəsinin iclasında bu istiqamətdə müəyyən dinləmənin keçirilməsinə ehtiyac var". Onu da qeyd edək ki, İranın sərgilədiyi mövqe deməyə əsas verir ki, molla rejimi bir qayda olaraq düşmənçilik apardığı siyasi hakimiyyətlərə qarşı "narazı kütlə" hazırlamağa çalışır. Bura təkcə dini fanatiklər deyil, həm də narazılığı təşkil etmək üçün digər alətlər də daxil edilir. Nə qədər təəccüblü olsa da, özünü "İslam Dövləti" adlandıran molla rejimi LGTB, radikal feminist qruplarla da sıx əməkdaşlığa, işbirliyinə malikdir.
Nurlan