Deputatlarımız avropalı həmkarlarını məlumatlandırırlar
17 Yanvar 2023 15:54 SiyasətAzərbaycan Milli Məclisinin deputatları Avropa Parlamentinin deputatları ilə görüşlər keçirir. Görüşdə məqsəd Laçın-Xankəndi yolu ətrafında ekoloqların keçirdikləri aksiyanın məqsədi barədə avropalı deputatları məlumatlandırmaqdır. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili Kamal Cəfərov məlumat verib: " "Azərbaycan nümayəndə heyəti olaraq ALDE siyasi partiyasının həmsədri, Avropa Parlamentinin deputatı İlhan Küçüklə görüşdük, Laçın-Xankəndi yolu ətrafında erməni lobbisi tərəfindən yaradılmış faktoloji yalanlarla bağlı həqiqətləri çatdırmağa çalışdıq. Avropa Parlamentinin deputatları ilə görüşlərimiz davam edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31