Naxçıvanın fövqəladə hallar naziri işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri işdən çıxarılıb.

Olaylar.az xəbər verir ki, general-leytenant Şamı Abdullayev vəzifəsindən azad olunub.

Onun yerinə artıq təyinat olub.

Naxçıvan fövqəladə hallar nazirinin dəyişməsi ilə əlaqədar fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu gün Naxçıvana səfər edib.

Nazir kadr dəyişikliyi ilə əlaqədar toplantı keçirib, yeni naziri təqdim edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31