Prezidentin köməkçisi İsraildə səfirliyimizin açılmasına münasibət bildirdi
17 Yanvar 2023 14:38 SiyasətAzərbaycanın İsraildə səfirliyinin açılması iki ölkə arasında əməkdaşlığı daha da gücləndirəcək.
Olaylar.az bildirir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" səhifəsində yazıb.
Paylaşımda həmçinin qeyd edilir ki, İsrail Xarici İşlər Nazirliyinin (XİN) siyasi bürosunun rəhbəri Aliza Bin Nun və Xarici İşlər Nazirliyinin strateji məsələlər üzrə baş direktorunun müavini Coşua Zarka ilə Azərbaycan və İsrail arasında ikitərəfli tərəfdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran regional məsələlər barədə geniş müzakirələr aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31