Yeni qanun siyasi münasibətlər sisteminə xüsusi töhfə verəcək - ÖZƏL
16 Yanvar 2023 11:10 Siyasət"Siyasi partiyalar haqqında" yeni Qanun layihəsində dinləmələr keçirildikdən sonra Milli Məclisdə komitə və plenar iclaslarda 40-dək əlavə dəyişiklik edilib, təkliflərin təqdim olunması üçün Milli Məclis tərəfindən cari ilin 26 iyul tarixində siyasi partiyalara müraciət olunub. Həmçinin hər kəsin bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malik olması, dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat veriliməsi, Azərbaycan Respublikasının Konstitusiyasını və Azərbaycan Respublikasının qanunlarını pozan siyasi partiyaların fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilməsi və başqa məsələlər qanunun diqqət çəkən məqamlarından olub". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Hicran Hüseynovanın sözlərinə görə, bu gün hamıya aydındır ki, Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır: "Həyata keçirilən əhəmiyyətli islahatların, atılan taleyüklü addımların müsbət nəticələrini şahidi oluruq. Fəxarət hissilə bildiririk ki, Prezident İlham Əliyev məqsədyönlü fəaliyyəti ilə bir daha sübut edib ki, O, doğrudan da hər bir Azərbaycan vətəndaşının Prezidentidir. Aparılan bütün dəyişikliklər və "Siyasi partiyalar haqqında" yeni qanun Azərbaycanda siyasi münasibətlər sisteminə xüsusi töhfə verəcək".