Dünya mediasının qərəzsiz mövqeyi Cənubi Qafqazda sülhün formalaşması baxımından vacibdir - ÖZƏL
16 Yanvar 2023 11:01 SiyasətAzərbaycan Mətbuat Şurası dünyanın aparıcı media vasitələrini Laçın-Xankəndi yolundakı aksiyaya obyektiv qiymət verməyə çağırıb. "Olaylar"ın məlumatına görə, politoloq Zaur Məmmədov bildirib ki, Mətbuat Şurası aksiya ilə bağlı əsl həqiqətlərə diqqət yetirməyə, birtərəfli və qeyri-obyektiv təbliğatın aləti olmamağa çağırır: "Onlar nəzərə almalıdırlar ki, bu aksiyanın, ümumiyyətlə, Azərbaycan və Ermənistan arasındakı münaqişəli durumun beynəlxalq miqyasda ədalətli təqdimatı, bütövlükdə Cəbubi Qafqaz coğrafiyasında sülhün, əminamanlığın, dinc birgəyaşamın formalaşması baxımından son dərəcədə vacibdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31