Separatçıların seçki şousu növbəti təxribat cəhdidir - ÖZƏL
16 Yanvar 2023 10:34 SiyasətRusiya sülhməramlılarının nəzarəti altında olan Qarabağda separatçıların növbəti "seçki" keçirəcəkləri və yeni "prezident" seçib "parlament" formalaşdıracaqları barədə yayılan xəbərlər yalnız Azərbaycanı təxribata çəkmək cəhdidir. Yeganə məqsəd bölgədə hərbi əməliyyatların başlamasına nail olub beynəlxalq aləmin diqqətini Qarabağa yönəltmək və bununla da BMT-nin sülhməramlı missiyasını Qarabağa cəlb etməkdir". Bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Analitik Qrup hesab edir ki, əslində separatçılar hansısa seçki keçirmək niyyətində də deyillər: "Sadəcə bu Azərbaycanı təxribata çəkmək cəhdidir".
Analitik Qrupun qənaətincə, ssenari ondan ibarətdir ki, Azərbaycanın heysiyyatına toxunan bu cür addımlarla Silahlı Qüvvələrimizi növbəti əməliyyat keçirməyə nail olsunlar: "Bunun ardınca isə dünyaya haray-həşir salsınlar ki, Rusiya sülhməramlıları vəziyyətə nəzarət edə bilmir və ona görə də Qarabağa beynəlxalq sülhməramlı missiya yerləşdirilməlidir".
"Xəbər Mərkəzi" Analitik Qrupu hesab edir ki, hazırda kifayət qədər həssas məqamdır və atacağımız hər bir addımda ehtiyyatlı olmalıyıq.