Gənc ekofəalların etiraz aksiyası sülhə və əmin-amanlığa çağırışdır - ÖZƏL

"Otuz il erməni işğalı altında qalmış Qarabağ və ətraf rayonlarımızda erməni vandalları ekoloji soyqırımı, terror törədib. Düşmən bu torpaqlarda bioloji müxtəlifliyə, meşələrə, yeraltı və yerüstü təbii ehtiyatlara böyük zərbə vurmuş, eyni zamanda İran kimi qonşu dövlətlərlə birləşərək öz hərbi məqsədlərini və narkobiznes ticarətini həyata keçirmişdir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Hicran Hüseynovanın sözlərinə görə, ekofəallar Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının qarşısının alınmasını, həmin ərazilərdə monitorinq keçirilməsinə şərait yaradılmasını tələb edirlər: "Gənclərin tələbi qətidir: ekoloqlar "qeyri-qanuni istismarla bağlı tələblər  yerinə yetirilməyənə qədər aksiya davam edəcəkdir". Gənclərimiz haqq-ədalət uğrunda mübarizə aparırlar. Bu gün Azərbaycan gənclərinin keçirdiyi dinc aksiya Qarabağda yaşayan ermənilər üçün heç bir təhlükə yaratmır. Əksinə, gənc ekofəalların etiraz aksiyası bölgənin təbii sərvətlərinin qorunması ilə yanaşı,  sülhə və əmin-amanlığa çağırışdır. Gənclərin bu addımını yüksək qiymətləndirən ölkə başçısı İlham Əliyev demişdir: "İlk növbədə, o gənclərə "Eşq olsun!" demək istəyirəm, onlar bizim fəxrimizdir. Gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31