Sənan Abdullayevin anası İlham Əliyevə və Mehriban Əliyevaya müraciət etdi

Azərbaycan Respublikasının prezidenti
cənab İlham Əliyevə 

Azərbaycan Respublikasının birinci vitse-prezidenti 
xanım Mehriban Əliyevaya
 
                                                      
Əfv Ərizəsi
Möhtərəm prezident, Hörmətli Mehriban xanım ! 
Sizlərə təkcə ölkəmizin rəhbərləri kimi yox, həm də Milli adət-ənənələrimizə sadiq və qayğıkeş azərbaycanlı ailəsinin başçıları kimi müraciət edirəm. Mən həbsdə olan jurnalist Sənan Abdullayevin anası, 70 yaşlı Solmaz Kazımova olaraq sizdən övladımın əfv edilməsini xaiş edirəm.
Oğlum 30 ilə yaxındır ki, ölkəmizin müxtəlif KİV-lərində çalışıb və hər zaman dövlətçiliyə və Heydər Əliyev siyasi kursuna sadiq olubdur. Sənan 1993-cü ildən 2003-cü ilədək "Ədalət", "Odlar yurdu",  "Soydaş" və başqa kütləvi informasiya vasitələrində repartyor olaraq, 2003-cü ildən 2020-ci ilədək isə "SPACE" , "ATV" və "AZTV"-nin Qarabağda bölgə müxbiri kimi fəaliyyət göstərərək mərkəzçi mövqeyini sərgiləyərək dövlətçiliyə xidmət edibdir. Çünki onun atası  Həsən Abdullayev də dövlətə və dövlətçiliyə sadiq, Heydər Əliyev ideyalarına dərin inamı olan şəxsiyyət olaraq tanınıbdır. Elə ona görə də rəhmətlik atası kimi, Sənan da ölkəmizin qurucusu Heyder Əliyevin və Sizin daxili və xarici siyasətinizə daim dəstək olduğunu öz peşə fəaliyyəti ilə sübut ediblər. 
2016-cı ilin aprel döyüşləri zamanı "AZTV"nin Qarabağ bölgə muxbiri kimi, onun peşəkarlığı ali hərbi komandanlıq tərəfindən fəxri diplomla qiymətləndirilib. 44 günlük Zəfər müharibəsi zamanı isə Sənan Abdullayev rəsmi olaraq ölkəmizdə fəaliyyət göstərən internet televiziyalarının savaş müxbiri kimi Müzəffər Ordumuzun Ali baş komandanı İlham Əliyevin rəhbərliyi altında, rəşadətli qələbə xəbərlərini yaymaqla öz peşə borcunu layiqincə yerinə yetirib. Onun anası kimi mən də ömrümün 40 ilini əmək fəaliyyəti ilə məşğul olmaqla övladlarımı zəhmətlə və qayğıkeşliklə böyütmüşəm.

Cənab prezident İlham Əliyev,
Hörmətli Mehriban Xanım:

Əksər insanlar kimi mənim övladım Sənan Abdullayevin də bir insan kimi günahı var və biz bunu inkar edə bilmərik. Amma onun günahları ucbatından həbsdə yatması bu gün - sabah öləcək ananın tabutunu oğulsuz qoymamalıdır. 
Yuxarıda da qeyd etdiyim kimi mənim 70 yaşım var.Necə deyərlər bir ayağım burda bir ayağım gordadır. Yaşımdan irəli gələn ağır xəstəliklərim var. Sənanın 3 övladı və 2 nəvəsi var. Demək olar ki, ailəsinin maddi durumu acınacaqlıdır. Sənan 2-ci tip kardioloji xəstədir, ikinci qrup gözdən əlildir, ürəyində 7 stenti var və ağır şəkər xəstəsidir. Birinci Qarabağ müharibəsi iştirakçısıdır.Sənan Abdullayev, Gəncə Ağir Cinayətlər Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir və artıq 18 aydır ki, həbsdədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31