Zəfərimizin simvolu Makronun sarayında

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva etimadnaməsini bu ölkənin Prezidenti Emmanuel Makrona təqdim edib.

Olaylar.az xəbər verir ki, bu barədə məlumatı Leyla Abdullayeva öz "Twitter" hesabında paylaşım edib.

Görüş zamanı Leyla Abdullayevanın yaxasındakı Xarıbülbül simvolu xüsusi diqqət çəkib.

Azərbaycanın Vətən müharibəsində qazandı və tarixi zəfərin bir növ rəmzi mənasına çevrilən Xarıbülbül simvolunun Fransa Prezidentinin gözü önündə sərgilənməsi sosial şəbəkə istifadəçiləri tərəfindən rəğbətlə qarşılanıb.

Bu hadisə də Azərbaycana qarşı qərəzli siyasət nümayəş etdirən Fransanın növbəti dəfə reallıqlarla üz-üzə dayanmağa məcbur olduğunu göstərdi.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31