Laçın yolundakı aksiya nəticə əldə olunana qədər davam edəcək - Dövlət Xidmətinin rəisi

Azad olunmuş ərazilərdə yataqlarımızın qanunsuz istismarı və ekologiyanın pozulmasının qarşısının alınması ilə bağlı hər hansısa bir irəliləyiş yoxdur.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, aksiyaçıların tələbləri çox normaldır. "Onlar sözügedən ərazidə monitorinqlərə razılıq verilməsini tələb edirlər. Düşünürəm ki, nəticə əldə olunana qədər aksiyalar davam edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31