Qarabağda davam edən təxribatlar növbəti antiterror əməliyyatını qaçılmaz edir - ÖZƏL

"Qarabağda erməni separatçılarının təxribatlarının davam etməsi Azərbaycan Ordusunun növbəti antiterror əməliyyatı həyata keçirməsini qaçılmaz edir". "OLAYLAR" xəbər verir ki, bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupunun açıqlamasında yer alıb. Bildirilir ki, Ermənistan hakimiyyəti erməni separatçılarının qeyri-qanuni silahlı dəstələrinin tərkisilah edilməsinə maraqlı görünmədiyi üçün bu işi Azərbaycan Silahlı Qüvvələrinin etməsi zərurəti yaranıb: "Cərəyan edən proseslər onu deməyə əsas verir ki, rəsmi İrəvan da öz növbəsində qeyri-qanuni erməni hərbi birləşmələrinin Qarabağda təxribatlar törətməsində, bununla da Azərbaycanla sülh müqaviləsinin imzalanmasının qeyri-mümkün olmasında maraqlıdır".

Analitik Qrup bildirir ki, artıq Azərbaycan Ordusunun antiterror əməliyyatı keçirmək məcburiyyətində qalmasını xarici dairələr də gözəl anlayırlar: "Bu günlərdə okeanın o tayından səslənən belə bir fikir onu deməyə əsas verir ki, qeyri-qanuni erməni hərbi birləşmələrinə qarşı antitüerror əməliyyatları uzzaqda deyil. Bu günlərə separatçıların Sərsəng su anbarından Suqovuşana gələn suyun qarşısını kəsməsi prosesi bir qədər də sürətləndirə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31