"Milli hüquqlar uğrunda mübarizə daha güclüdür"- ÖZƏL

"İran rejimi müasir dövrün tələbləri ilə uyğunlaşmayan, orta əsrlərdən qalma idarəetmə sisteminə malik rejimdir. Rejim vətəndaşlara insan hüquqları, qadın haqları, ən elementar milli hüquqlar vermir. Öz dilində təhsil hüququ, öz dilində mətbuat yaratmaq İranın prinsiplərinə ziddir. 

Güneyli soydaşlarımızın hüquqları və onların gələcəkdə dövlət qurmaları məsələsinə gəldikdə, Azərbaycan ikiyə bölündükdən sonra şimalda və cənubda azadlıq uğrundu mübarizə gedib. Şimalda bu mübarizənin nəticəsində Azərbaycan dövləti qurulub. Cənubda isə soydaşlarımız 20-ci əsrdə dörd dəfə  inqilab edib, iki dəfə dövlət qurublar. Təəssüf ki, həmin dövlətlərin ömrü uzun olmayıb. Bütün bunlara baxmayaraq, bu gün də soydaşlarımız İrandaki rejimə qarşı insani və milli hüquqlarını aksiyalarla tələb edirlər. Təsadüfi deyil ki, soydaşlarımızın keçirdiyi aksiyalarda əsas şüarlar- "Azadlıq", "Ədalət","Milli hökümət"-dir. Milli hüquqlar uğrunda mübarizə daha güclüdür".

Bu sözləri Olaylar.az-a politoloq Oqtay Qasımov deyib.

İranın Ermənistanla yaxın münasibəti yeni məsələ deyil. İran İslam Respublikası Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Ermənistanın yanında oldu. İşğala köməkçi oldu. Bu gün də Ermənistana dəstəkçi olan dövlətlər arasında ilk üçlüyə daxildir. Ermənistana siyasi, iqtisadi, diplomatik yardım etməkdə davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31