ABŞ-ın bizim regionda yeritdiyi siyasət yanılışdır - Deputat

"ABŞ dövlət katibinin Qafqazda danışıqlar üzrə baş məsləhətçisi Filip Rikerin bu gün istefaya getməsi və yaxud da göndərilməsində bir rəmzlik var.  Düzdür, Dövlət Departamentinin sözçüsü Ned Praysın açıqlmasında öncədən onun qısa müddətdə, yəni ilin sonunadək həmin vəzifəni daşımasının nəzərdə tutulduğu vurğulanır. Amma Rikerin istefası həm də o deməkdir ki,  ABŞ Dövlət Departamentinin bu təcrübəli diplomtı qabağa verməklə planlaşdırdıqları alınmayıb. Alınmamasının səbəbi isə heç də Qafqazda danışıqlar üzrə keçmiş baş məsləhətçinin bir dipolamat kimi bacarıqsızlığından irəl gəlmir. ABŞ-ın bizim regionda yeritdiyi siyasət yanılışdır, o dəyişməli, çoxstandartlılığa son qoyulmalıdır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə,  rəsmi Vaşinqtonun özəlliklə də  ikinci Qarabağ savaşından sonra Qafqazda atdığı və atmağı planlaşdırdığı addımlar ardıcıl olmadığı kimi  yaranmış reallığa da uyğun gəlmir.  Söhbət həm də o reallıqdan gedir ki, özündə beynəlxalq normaları əks etdirir. Yəni son zamanlr geosiyasi reallıqlar beynəlxalq hüquqa zidd olaraq dəyişdirildiyi,  yaxud da ona cəhd edildiyi halda ikinci Qarabağ savaşında əksi baş verib:

"Təbii ki, ABŞ-da da bunun çox yaxşı fərqindədirlər. Fərqindədirlər, amma həmən ölkənin Ermənistana təyin etdiyi yeni səfiri Kvinin senatdakı dinləmələrdə Azərbaycan əleyhinə sərsəmləmələrindən də göründüyü kimi başqa şeylərə üstünlük verirlər. Belədə isə Filip Riker yox, kim olur-olsun, onun qarşısına qoyulan vəzifəni yerinə yetirəcəyi mümkünsüzdür. Çünki Azərbaycan öz milli maraqlarını qətiyyətlə qorumağı bacarır, yeritdiyi siyasət isə tam beynəlxalq normalara  əsaslanır- biz sülh və öz torpaqlarımızın hər qarışı üzərində suverenliyimizin təmin olunmasını istəyirik.  Və təkcə istəmirik, eyni zamanda buna gücümüz də çatır. ABŞ-ın bəzi təmsilçilərinin Tehran rejimi kimi bu istəyin əleyhinə çıxış etməsi üzücüdür və ölkəmizdə təkcə təəssüf yox, həm də həmən hərəkətlərə tam adekvat  reaksiya doğurur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31