"Azərbaycan etibarlı körpü rolunu oynamağa çalışır"- ÖZƏL

"Türk xalqları arasındakı yaxınlıq yalnız ortaq mədəniyyət, dil, din kimi dəyərlər deyil. Həm də qədim dövrlərə dayanan ticarət əlaqələridir. Orta Asiya zəngin enerji, mədən qaynaqlarına, taxıl, pambıq, ət məhsulları kimi strateji xammadəyə sahibdir. Bu səbəbdən regional dövlətlər arasında da cazibədar hala gəlmişdir.

Son illər Azərbaycanın Orta Asiya ölkələri ilə münasibətlərin yaxınlaşmasının şahidi oluruq. Proseslər dünyada artan geosiyasi gərginliklər fonunda Qərb şirkətlərinin Rusiya sərhədlərindən yan keçən marşrutların axtarışı ilə sürətlənir. Türkiyə Avropadan Asiyaya açılan qapıdırsa, Azərbaycan etibarlı körpü rolunu oynamağa çalışır".

Bu sözləri Olaylar.az-a politoloq Orxan  Atabəy deyib:

"Prezident İlham Əliyevin təşəbbüsü sayəsində əhəmiyyətinə görə "İpək Yolu" adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi ilə konteyner daşımalarının əhəmiyyətli dərəcədə artmasına nail olunub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31