Qlobal və regional amillər Qarabağda tam suverenliyi təmin etmək üçün əlverişli şərtlər yaradır - ÖZƏL
5 Yanvar 2023 14:02 Siyasət"Hazırda Ruben Vardanyan Qarabağda suverenliyimizin tam bərpası üçün Nikol Paşinyanın 2018-2020-ci illərdəki rolunu oynayır. Paşinyan kimi Vardanyan da həm davam edən və əslində çox yavaş prosesi sabotaj edir, həm də Azərbaycana qarşı iddialı fikirlər dilə gətirir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri siyasi elmlər üzrə fəlsəfə doktoru, QAFSAM-ın sədr müavini Nazim Cəfərsoy səsləndirib. O bildirib ki, ancaq ekologiya konteksli başlayan fəaliyyəti güclü və qərarlı formada davam etdirsək və yeni istiqamətlər əlavə edərək gücləndirsək zamanla Vardanyan başda olmaqla Qarabağdakı işğal tör-töküntüsünün valı necə dəyişəcəyi də görəcəyik: "Qlobal və regional amillər Azərbaycan üçün başda Xankəndi və Xocalı olmaq üzrə bütün Qarabağda tam suverenliyini təmin etmək üçün əlverişli şərtlər yaradır. Əgər diplomatik, hərbi, iqtisadi və mədəni amilləri doğru istifadə etsək 2025-ə qədər Qarabağda suverenliyimizi tam təmin etmə prosesi uğurla nəticələnəcək".