İlham Əliyev diplomatiyası Fransanı bir daha məyus etdi - ÖZƏL

BMT TŞ-nın daimi üzvü və hazırda TŞ-nın sədri Fransa bütün resurslarını işə salsa da, ölkəmizə qarşı bəyanatı qəbul etdirə bilmədi. Belə ki,  bəyanat fransızların ilkin təqdim etdiyi layihədən fərqli olaraq əsaslı dərəcədə dəyişdirildi. Ermənipərəst tərzdə təşkil olunmuş bəyanatda "Dağlıq Qarabağ"ifadəsi çıxarıldı, "humanitar yardım olarsa, bu yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında ola bilər" və "Azərbaycanın ərazi bütövlüyünə dəstək" kimi ifadələr daxil edildi. "Olaylar" xəbər verir ki, Azərbaycan diplomatiyası bütün imkanlarından istifadə edərək Fransanı rüsvaycasına məğlub etdi: "Əslində Fransanın gülünc vəziyyətə düşməsi prezident İlham Əliyevin yürütdiyi xarici siyasətin nəticəsi idi. Nəzərə almaq lazımdır ki, bu siyasətin təməlində dövlət başçısı İlham Əliyev diplomatiyası durur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bir sıra beynəlxalq təsisatlarda Azərbaycana qarşı mərklli işlərin aparıldığına eyham etmişdi. Bundan əvvəl də Frankofoniya və bəzi başqa beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə olan fəaliyyətlərin təəssüf doğurduğunu bəyan etmişdi. İndi isə,  Böyük Britaniya, BƏƏ, Rusiya və Albaniya Fransanın təşəbbüsünün əleyhinə çıxış etmələri Azərbaycan diplomatiyasının bariz nümunəsidir. Prezident İlham Əliyev bu il doğum günündə Qərbi Azərbaycan İcması ilə görüşdə belə bir ifadə işlətmişdi: "Hətta səndən güclü olan qüvvə qarşısında heç vaxt geri addım atmamalısan, hər zaman öz hüququnu qorumalısan, xüsusilə doğma torpağını qorumalısan" - bu parlaq qələbə bir daha Prezident İlham Əliyevin hansı qətiyyətə və liderlik keyfiyyətlərinə malik olduğunu növbəti dəfə əyani nümayiş etdirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31