Fransanın iyrənc fəndləri fiaskoya uğradı
6 Yanvar 2023 09:23 SiyasətAzərbaycan diplomatiyası bu ölkənin geosiyasi oyunlarını darmadağın etdi
Özünü "demokratik dövlət" kimi qələmə verən, əslində isə separatçı və işğalçı dövlətə himayədarlıq edən Fransa beynəlxalq aləmdə nüfuzunu itirməkdədir. "Cidanı çuvalda gizlətmək olmaz"-deyiblər atalarımız. Fransa nə qədər məkirli və hiyləgər siyasət yürütsə belə, yenə də maskası cırılaraq əsil mahiyyətini dünya istinmaiyyətindən gizlədə bilmədi. Nə yaxşı ki, bu ölkənin xarici siyasətinin gələcək təhlükəsini anlayan dövlətlər onu yerində oturda bildirlər. Söhbət BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan, söz sahibinə malik ölkələrin Fransanın qurumda Azərbaycanla əlaqədar müzakirəyə çıxardığı məsələyə münasibətdən gedir. Məlumat üçün qeyd edək ki, Fransa və Erməistan cütlüyü uzun illərddir ki, Azərbaycana qarşı haqsız müharibə elan ediblər. Əslində bu cütlüyün ölkəmizə qarşı birləşməsi onların hər ikisinin işğalçı, separatizm və terrora dəstək vermək xislətindən irəli gəlir. Məhz bu xislətin sahibi olan "cüt bacılar" müstəqillik əldə etdikdən sonra Azərbaycana qarşı ardıcıl hücumlarını davam etdirirlər. Hətta heç bir sübutu, dəlili olmayan iddialarla ölkəmizə qarşı qarayaxma kompaniyası aparmaqdan belə çəkinmirlər. Belə ki, məlum 2022-ci ilin sentyabr hadisələrindən sonra Ermənistanın müraciəti əsasında BMT TŞ-nın gündəliyinə "Ermənistanın BMT yanında Daimi nümayəndəsinin məktubu" adlı bənd daxil edilmişdi. Sözügedən müraciət əsasında TŞ-nın gündəliyinə bəndin daxil edilməsi Fransanın dəstəyi olmadan baş verə bilməzdi. Bu isə o anlama gəlir ki, Fransa-Ermənistan cütlüyü hələ 2022-ci ilin sentyabrında baş vermiş hadisələrlə bağlı BMT TŞ-da sənəd qəbul etmək istəyirdi. Lakin o zaman bu baş vermədi. Yeri gəlmiçşkən qeyd edək ki, bu addım yeganə fakt deyil, hələ 44 günlük müharibə vaxtı da oxşar cəhdlər olmuşdu. Nəhayət, ötən il dekabrın 20-21-də Fransa və Ermənistan Laçın yolundakı vəziyyətlə bağlı BMT TŞ-nın iclasını çağırdılar. 20-21 dekabr müzakirələrindən dərhal sonra Fransa BMT TŞ-nın daimi üzvü və hazırda TŞ-nın sədri kimi Laçın-Xankəndi yolundakı vəziyyəti "humanitar fəlakət" kimi təqdim edən riyakar və tam ermənipərəst mətn hazırlanmışdı. Maraqlı məqam ondan ibarətdir ki, prosesləri bilavasitə Fransa Prezident Administrasiyası və Makronun xarici siyasət məsələləri üzrə müşavirləri aparırdı. Bu isə onun göstəricisidir ki, Azərbaycana qarşı əsassız iddianın müəllifi və onun reallaşması üçün dəridən-qabıqdan çıxan birbaşa Fransa dövlətidir. Fransa düşünürdü ki, bu bəyanatı qəbul etdirəcək və bundan sonra növbəti addım kimi bunu qətnaməyə çevirəcək. Bu günlərdə Ermənistanın "dahi" diplomatı və "çekisti" Armen Qriqoryan da TŞ-da qətnamə qəbul edilməsinin Ermənistanın məqsədlərindən biri kimi müəyyən etmişdi. Ancaq, onu da nəzərə almaq lazımdır ki, ölkəmizə qarşı olan haqsızlığın, ikili siyasətin kökündə təkcə Fransa və Ermənistan kimi təcavüzkar dövlətlər deyil, eləcə də beynəlxalq təşkilatların mövqesizliyi durur. Məsələn, BMT TŞ-nın 4 qətnaməsi ola-ola 30 ilə yaxın dövr ərzində BMT TŞ Ermənistanın Azərbaycana qarşı təcavüzünə qarşı bir dəfə də olsun toplantı keçirmədi. Bunu qoymayanlardan biri də məhz riyakar Fransa idi.
Əslində isə Fransanın BMT Təhlükəsizlik Şurasında qaldırdığı məsələ Rusiyaya xəyanət, ABŞ-ın dəstəyi ilə sülh müqaviləsi üzrə aparılan danışıqlara hörmətsizlik və bütövlükdə beynəlxalq ictimaiyyəti aldatmaq cəhdi idi. Amma sözün əsl mənasında Fransa üçün bu proses böyük rüsvayçılıq oldu. BMT TŞ-nın daimi üzvü və hazırda TŞ-nın sədri Fransa 10 gündür ki, bütün resurslarını işə salsa da, bir bəyanatı qəbul etdirə bilmədi. Əvvəla, bəyanat fransızların ilkin təqdim etdiyi layihədən fərqli olaraq əsaslı dərəcədə dəyişdirildi. Ermənipərəst tərzdə təşkil olunmuş bəyanatda "Dağlıq Qarabağ"ifadəsi çıxarıldı, "humanitar yardım olarsa, bu yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında ola bilər" və "Azərbaycanın ərazi bütövlüyünə dəstək" kimi ifadələr daxil edildi. Azərbaycan diplomatiyası bütün imkanlarından istifadə edərək Fransanı məhz onun öz meydanında rüsvayçılıqla başbaşa qoydu. Fransanın hazırladığı 6-cı və ya 7-ci mətn BMT TŞ qaydalarına uyğun olaraq sükut proseduruna yenidən qoyulmuşdu. Bu o deməkdir ki, sənəd hazırlanır və konkret saata qədər vaxt müəyyən edilir. İrad və ya təklif yoxdursa, qəbul edilmiş hesab olunur. Bu sənəd də darmadağın edildi. Başqa sözlə, beynəlxalq ictimaiyyət, BMT TŞ-nın daimi və qeyri-daimi üzvləri də Fransaının necə ədalətsiz, qərəzli və riyakar olduğunu görürdülər və bunu açıq etiraf edirdilər. Bu kimi iyrənc fəndlərlə geosiyasi oyunlar naminə Qafqaza soxulmağa çalışan Fransa başa düşmür ki, əksinə, hər belə addımı ilə regiondan daha da təcrid olur, Azərbaycan xalqı qarşısında pis və gülünc vəziyyətə düşür. Azərbaycanın gücünün və Fransanın öz meydanında onu məğlub etməsinin sirri sözsüz ki, Prezident İlham Əliyevdir. Məhz qətiyyətli, uzaqgörən lider, mahir siyasətçi kimi Prezident İlham Əliyevin şəxsi nüfuzu, onun diplomatiyası sayəsində Azərbaycanın dünyada qazandığı dost ölkələr Fransanın bu cəhdlərini sıfırladı. Beləliklə, Fransa rəsmən məktubla müraciət edərək prosesi dayandırdığını bəyan edib. Bu, yeni -2023 -cü il ərəfəsində Prezident İlham Əliyevin növbəti qələbəsi və Azərbaycan xalqına hədiyyəsidir.
Alim