Keçən ildə pələngin hənirtisini heçə sayanlar bu ildə dovşanın fağırlığını puça sayacaqlar - ÖZƏL
5 Yanvar 2023 10:30 Siyasət"2023-ci ilin əhali üçün sosial cəhətdən daha maraqlı il olacağı gözlənilir". Milli Cəbhə Partiyası sədrinin birinci müavini Rafiq Daşdəmirli "Olaylar"a bildirib ki, keçən ilin ilk günlərindən fərqli olaraq bu ilin ilk günündən əmək pensiyalarının artırılması gözləniləndir: "Uşaq pulunu, sosial ipotekanı, bank faizlərinin aşağı salınmasını, qaz limitlərinin yaxşılaşdırılmasını yenə də gözləməli olacağıq.Bu il keçən ildən fərqli cəhəti bələdiyyə seçkilərinin olmasıdır. Bu il tam olaraq pandemiyanın bitməsi, sərhədlərimizin açılması ili olmasını arzulayaq. Bu il ən başlıcası Zəngəzur ili olsun. Bu il Azərbaycanın tam olması ili olsun. Keçən ildə heç nə yadda qalmadısa, bu ildə heç nə dəyişməz olacaq.Yenə də işsizlik, yenə də kasıbçılıq. İnanmayın ki, əmək haqları və əmək pensiyalarında gözə görümlü artımlar olacaq. Keçən ildə pələngin hənirtisini heçə sayanlar bu ildə dovşanın fağırlığını puça sayacaqlar. Dunya belə olub, belə də gedəcək, dözməyənlərə səbr, dözənlərə də mübarizlik arzulayıram".