"Azərbaycan öz ərazilərində sülhü təmin etdiyi halda hansı təhlükədən danışırsınız?" - səfir Leyla Abdullayeva

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva "Charlie Hebdo" jurnalında dərc olunan və Azərbaycanın guya Ermənistan üçün təhlükə yaratdığını iddia edən məqaləyə münasibət bildirib.

Olaylar.az xəbər verir ki, paylaşımda deyilir:

"Charlie Hebdo qəzeti, dinləyin. Azərbaycan ərazilərinin 20%-nin 30 il ərzində işğalı zamanı Ermənistanın yaratdığı təhlükəni unutmusunuz. İndi Azərbaycan öz suveren ərazilərində sülhü təmin etdiyi halda siz hansı təhlükədən danışırsınız?," - deyə səfir paylaşımında bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31