Laçın yolunda aksiya iştirakçıları üçün konsert təşkil olunub - FOTO + VİDEO

Laçın yolunda aksiya iştirakçıları üçün konsert təşkil olunub

Olaylar.az trend-ə istinadən xəbər verir ki, aksiya keçirilən ərazidə konsert proqramı təşkil olunub. Aksiya işitrakçıları yüksək ruhla öz dinc aksiyalarını bayram ab-havası altında davam etdirirlər.

Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 20 gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31