Ukraynanın Azərbaycandakı səfiri Azərbaycan xalqını Həmrəylik Günü münasibətilə təbrik edib
31 Dekabr 2022 20:23 SiyasətUkraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.
Olaylar.az bildirir ki, bu barədə o, feysbukda paylaşım edib.
"Qardaş Azərbaycan xalqı, biz ukraynalılar, köməyinizə, dəstəyinizə və həmrəyliyinizə görə sizə təşəkkür edirik! Qoy qarşıdan gələn 2023-cü il qəlblərinizə sevinc, evlərinizə harmoniya və ailə rahatlığı gətirsin, gözəl ölkənizdə daim əmin-amanlıq hökm sürsün! ", - paylaşımda deyilir.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31