Ceyhun Bayramov və Vladimir Norov arasında telefon danışığı olub
31 Dekabr 2022 16:03 SiyasətOlaylar.az xəbər verir ki, 31 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının keçmiş xarici işlər naziri Vladimir Norov arasında telefon danışığı baş tutub.
Nazir Ceyhun Bayramov, Vladimir Norovun dost və qardaş Özbəkistanın xarici işlər naziri vəzifəsində çalışdığı müddətdə ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində səylərini məmnunluqla vurğulayıb və qarşı tərəfə təşəkkürünü ifadə edib.
Nazir, Vladimir Norova yeni vəzifəsində müvəffəqiyyətlər arzulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31