Türkiyə səfiri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı paylaşım edib
30 Dekabr 2022 22:51 SiyasətTürkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı paylaşım edib.
Olaylar.az bildirir ki, bu barədə diplomat "Twitter" səhifəsində yazıb.
"Bütün Azərbaycanlı bacı və qardaşlarımı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və firavan günlər arzu edirəm", - diplomat sosial şəbəkədə qeyd edib.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31