Ceyhun Bayramov Türkiyəyə başsağlığı verib
30 Dekabr 2022 19:39 SiyasətAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə başsağlığı verib.
Olaylar.az xəbər verir ki, nazir bu barədə tviter hesabında paylaşım edib.
"Qardaş Türkiyənin Aydın vilayətində partlayış nəticəsində həlak olanlara Allahdan rəhmət, ailələrinə səbr, yaralıların tezliklə sağalmasını diləyirəm", - C.Bayramov paylaşımda bildirib.
Xatırladaq ki, Türkiyənin Aydın əyalətinin Nazlı rayonunda restoranda baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 4 nəfər isə yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31