Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədrindən Prezident İlham Əliyevə təbrik məktubu gəlib

Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri müfti şeyx Ravil Qaynutdindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Olaylar.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Sizə uzun ömür, möhkəm cansağlığı və bütün xeyirxah təşəbbüslərinizdə Uca Allahdan kömək diləyirəm.

Bütün dünyadan Sizin ünvanınıza gələn təbriklərə dərin hörmətlə qoşuluram, Sizə Rusiya müsəlmanlarının salamlarını və səmimi təbriklərini çatdırıram.

Sizin rəhbərliyinizlə qardaş Azərbaycanın siyasi və iqtisadi sahələrdə daimi inkişafını dərin sevinclə qeyd edirəm. Ölkənizin nüfuzu beynəlxalq aləmdə qat-qat möhkəmlənib, Azərbaycan dünya siyasətinin tanınmış mərkəzlərindən birinə çevrilib. Bu, Sizin çətin sınaqlarda qazandığınız qələbələr və müdrik xarici siyasət strategiyanız sayəsində mümkün olub. Sizin bütün xalqı vahid monolit qüvvəyə çevirən və müasir multikulturalizm nümunəsi olan siyasətinizi, Azərbaycandakı bütün millətlərə və konfessiyalara daimi qayğınızı yüksək qiymətləndirirəm.

Hörmətli İlham Heydər oğlu, doğum gününüz münasibətilə Uca Allaha dua edərək Sizə və bütün Azərbaycan xalqına firavanlıq, rifah, tükənməz enerji bəxş etməsini, xeyirxah işlərinizdə köməyiniz olmasını diləyirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31