2023-cü il üçün yaşayış minimumu müəyyənləşdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Qanunu imzalayıb.

Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, sənədə əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib.

Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31