Gələn il üçün ehtiyac meyarının həddi bu məbləğdə təsdiqləndi

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında Qanunu imzalayıb.

Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, Sənədə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat məbləğində təsdiq edilir.

Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31