Ermənistan odla oynayır - ÖZƏL
30 Dekabr 2022 14:10 Siyasət"Ermənistan bir tərəfdən Azərbaycanla sülh müqaviləsi bağlamaqdan yayınmaq, digər tərəfdən isə Rusiya ilə münasibətləri gərginləşdirməklə odla oynamış olur. Görünür, Ermənistan rəhbərliyi nə dərəcədə təhlükəli manevrlər, gedişlər etdiyinin fərqində deyil". "OLAYLAR" xəbər verir ki, bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupunun açıqlamasında yer alıb. Analitik Qrup hesab edir ki, Fransanın, Qərbin şirnikləndirici vədlərinə inanan, ona bel bağlayan Ermənistan hakimiyyəti Rusiya və Azərbaycanla münasibətləri gərginləşdirməklə özünü tarana aparır: "Əgər Ermənistan hakimiyyətinin bir balaca siyasətdən, regional və qlobal miqyasda baş verən proseslərdən anlayışı olsaydı, anlayardı ki, Ukraynanın indiki vəziyyətə düşməsinin bir nömrəli səbəbkarı məhz Fransa və Qərbdir, Birləşmiş Ştatlardır. Görünür, Ermənistan da Ukraynaya oxşar tale yaşamaq istəyir".