Fransa, İran və digərləri  erməniləri separatizmə həvəsləndirən ölkələrdir - ÖZƏL

"2022-ci ildə Paşinyan manevr siyasətini, Rusiya isə sülh imitasiyasını davam etdirdi. Il başa çatsa da Qarabağda haqqımız çatan sühə hələki nail olmamışıq". Bunu "Olaylar"a deyən Sosial Rifah və Tədqiqatlar İçtimai Birliyinin sədri Əkrəm Bəydəmirlinin sözlərinə görə, reallıq ondan ibarətdir ki, bəzi dairələr, xüsusilə, ABŞ  Cənubi Qafqazda geosiyasi maraqlarını və strateji  mahiyyət daşıyan iqtisadi hədəflərini düşünərək regionda sülhün bərqərar olmasını istəyiblər. Lakin  Rusiya isə sülh imitasiyası ilə bu prosesə ciddi əngəl oldu. Şimal qonşumuz çox konfiqurasiyalı siyasəti ilə  sülhyaratmaq əvəzinə Qarabağda möhkəmlənməyi düşünür. Bu düşüncə və sülh imitasiyası isə 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatının mahiyyətinə  ziddir. Ermənistanın baş naziri  zavallı Nikol Paşinyan isə mövcud situasiyalardan istifadə edərək manevr siyasətini davam etdirib. Əgər Rusiyanın gerçəkdən  sülh yaratmaq istəyi olsaydı  Paşinyan nala-mıxa vura bilməzdi:"Hazırda regionda  sabitliyin  möhkəm təminatına zəmin yaradacaq sülh sazişinin imzalanması real görünmür. Amma ehtimal etmək olar ki,  Rusiya Ukrayna müharibəsinin nəticələri dünyada o cümlədən bizim regionumuzda yeni siyasi arxitekturanın yaranmasına gətirib çıxaracaq. O zaman Rusiya  qonşu ölkələrlə şaquli deyil, üfüqi əməkdaşlığa başlaya bilər. Bu faktorlar isə adıçəkilən ölkənin sülh imitasiyasından əl çəkməsinə səbəb olar.

Qaldıkı Fransa, İran və digərləri  Qarabağda sülh prosesinə ciddi təsir göstərmək gücündə olmayan, yalnız  erməniləri separatizmə həvəsləndirən ölkələrdir. Bu məkrli qüvvələri neytrallaşdırmaq üçün mexanizmlər mövcuddur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31