"Gün gələcək biz rahatlıqla qədim türk torpaqlarında gəzə biləcəyik"- ÖZƏL

"Son 300 ildə Rusiya İmperiyası Azərbaycanı işğal etmək siyasəti yürüdüb. 1828-ci ildən bu işğal müntəzəm səviyyəyə keçib. Naxçıvan və İrəvanın işğalından sonra birmənalı şəkildə azərbaycanlılara qarşı soyqrım siyasəti yürüdüldü. 1875-ci ilə qədər İrəvan rəhbərliyi tamamilə türklərdən ibarət olub. 1876-cı ildən etibarən ermənilər tədricən İrəvanda rəhbərliyi ələ almağa başlayıblar. İlk köç İrəvandan başlayıb. 1991-ci ildə köçürmə siyasətini başa çatdırıblar. Bir əsrdən artıq köçürmə prosesi davam edib. Bu müddət ərzində bir neçə dəfə azərbaycana qarşı soyqrım törədiblər. Soyqrımların ən miqyaslısı 1905-1907, 1918-1920, 1988-1991-ci illərdə baş tutub. Azərbaycan türkləri 1918, 1948, 1988-ci illərdə kütləvi köçürmələrə məruz qalıblar. Həmin insanların bir hissəsi Qarabağa yerləşdirilmişdi. Ordan da çıxmaq məcburiyyətində qaldılar. İnsanlar bir neçə dəfə didərgin düşdülər".

Bu sözləri Olaylar.az-a politoloq Cümşüd Nuriyev deyib.

"Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcması ilə görüşündə çox böyük mesajlar var idi. İlham Əliyev 10 il bundan öncə "Şuşada görüşəcəyik" dediyi zamanlarda insanlar Qarabağa olan ümidini itirmişdi.  İndi İlham Əliyevin söylədiyi fikirlər tezliklə həyata keçəcək. Bizim oraya  qayıdışımız çox önəmlidir. İrəvanda məhv olan maddi-mənəvi sərvətlərimiz var. Ortayaşlı, yaşlı nəsillərin ata-baba yurdları, valideynlərinin məzarı Qərbi Azərbaycanda yerləşir.  İrəvan dünyanın ən qədim şəhərlərindən biridir. Prezidentin irəli sürdüyü ideya yaxın gələcəyə hesablanıb. Çox ağıllı siyasətdir. Gün gələcək biz rahatlıqla türk torpaqları olan- İrəvanı, Dərələyəzi,Amasiyanı,Zəngəzuru,Zəngibasarı, Göyçəni gəzə biləcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31