"Nikol Paşinyan bu prosesi yaxşı idarə edir" - İbrahim Kalın
18 Oktyabr 2022 23:50 Siyasət"Türkiyə - Ermənistan münasibətlərinin normallaşması prosesində müsbət irəliləyiş var".
Olaylar.az baku.tv-yə istinadən bildirir ki, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın "A Haber"ə müsahibəsində bildirib.
O qeyd edib ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşması prosesində yeni addımların atılacağına inanır.
"Nikol Paşinyan bütün çətinliklərə, müxalifətin və diasporun təzyiqinə baxmayaraq, bu prosesi yaxşı idarə edir", - deyə o bildirib.
"Erməni diasporu bu prosesə dəstək olmalıdır. Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması ən çox Ermənistanın xeyrinə olacaq", - deyə İ.Kalın əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31