Ərdoğan Müstəqilliyin Bərpası Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı bu gün rəsmi tvitter hesabında paylaşım edib.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, paylaşımda deyilir:

"Can dostumuz, qardaşımız, tale ortağımız Azərbaycanın 18 oktyabr - Müstəqilliyin Bərpası Gününü təbrik edir, bütün azərbaycanlı qardaşlarıma ölkəm və xalqım adından salam və sevgilərimi çatdırıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31