Ermənistan Azərbaycanla sərhədə müşahidəçi göndərmək üçün ATƏT-ə müraciət edib- ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, respublika ATƏT-ə təşkilatdan müşahidəçilərin Azərbaycanla sərhədə göndərilməsi üçün müraciət edib. TASS xəbər verir ki, o, bu barədə İrəvanda norveçli həmkarı Anniken Huitfeldlə keçirdiyi brifinqdə bildirib. "Bəli, düz deyirsiniz, Ermənistan ərazisindən Ermənistan-Azərbaycan sərhədinə ATƏT müşahidəçilərinin göndərilməsi mövzusu müzakirə olunur. Biz bu məsələyə yaxın vaxtlarda aydınlıq gətirəcəyik", - deyə Mirzoyan jurnalistin sualını cavablandırıb. Bir gün əvvəl Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri Ermənistan və Azərbaycan sərhədindəki problemlərin həlli üçün mülki missiya barədə razılığa gəliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31