Aqil Abbas: “Komitə iclasları Ağdamda keçirilsin”

Milli Məclisin komitə iclaslarının Ağdamda keçirilməsi təklif edilib. "Olaylar" xəbər verir ki, bununla bağlı bu gün keçirilən plenar iclasda deputat Aqil Abbas fikir səsləndirib: "Ağdam yenidən qurulur, ölkə başçısı orada bir çox binaların təməlini qoyub. Böyük bir konfrans keçirildi. Təklif edirəm ki, bu il Milli Məclisin komitə iclasları Ağdamda keçirilsin. Bu insanların səfərlərinin artmasına, həyatın canlanmasına da səbəb olar".

Milli Məclisin sədri Sahibə Qafarova isə qeyd edib ki, Ağdamın hər bir köşəsində komitə iclasları keçiriləcək: "Bəli, Qarabağın da, Ağdamın da hər bir köşəsində iclasları keçirəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31