Parlamentdə Gəncə terrorunun qurbanları ANILIB

Milli Məclis sədri Sahibə Qafarova Gəncə terrorunun ildönümü ilə əlaqədar parlamentdə çıxış edərək, başsağlığı verib. Olaylar  xəbər verir ki, Sahibə Qafarova bununla əlaqədar parlamentin payız sessiyasının bu gün keçirilən plenar iclasında fikirlərini səsləndirib.
 
"Gəncə terrorunun ildönümü ilə əlaqədar Gəncədə anım mərasimi və bir neçə beynəlxalq konfrans keçirilib. Milli Məclisin deputatları da iştirak ediblər. Gəncə terroru zamanı həyatını itirənlərə allahdan rəhmət, ailələrinə səbr diləyirik", - spiker deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31