Müstəqillik Aktı dövlətin bütün dünyada tanınmasında həlledici rol oynadı - ÖZƏL

"Bu gün Azərbaycanın müstəqilliyini bərpa etməsindən 31 il ötür. 18oktyabr Azərbaycan xalqının tarixinə şərəf, qürur və iftixar hissilə yazılmış müqəddəs bir gündür. 1991-ci il oktyabrın 18-də  qəbul edilmiş Müstəqillik Aktı dövlətin bütün dünyada tanınmasında həlledici rol oynadı". Olaylar xəbər verir ki bunu deyən millət vəkili Tamam Cəfərovanın sözlərinə görə, bundan sonra Azərbaycan dünyanın nəhəng dövlətlərilə ikitərəfli, bərabərhüquqlu və diplomatik münasibətlər yaratmağa başladı, nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən, Birləşmiş Millətlər Təşkilatına (02.03.1992) üzv oldu.
Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə siyasi hakimiyyətə qaydışından sonra parçalanma təhlükəsi ilə üz-üzə dayanan Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələ başlandı: "Ümummilli Lider Heydər Əliyev bu dövləti əbədi, sarsılmaz və qüdrətli dövlətə çevirmək üçün hər şeyi etdi. Azərbaycanın müstəqilliyini dünya müstəvisində reallığa çevirdi. Bəli, əsl həqiqətdir ki, bu böyük şəxsiyyət öz dərin zəkası, iti ağlı və mətin iradəsi ilə Azərbaycanımızı yüksəltdi, qorudu, müstəqilliyini yaşatdı və əbədiləşdirdi.
Əminliklə deyə bilərik ki, AliBaşKomandan  İlham Əliyevin rəhbərliyi ilə  çiçəklənən, müstəqil Azərbaycan bütövləşərək daha da möhkəmləndi. Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun  30 illik həsrətə son qoyaraq, işğal altında olan torpaqların düşmən tapdağından azad etməsi  Azərbaycanın müstəqillik salnaməsinin ən şanlı səhifəsidir. Artıq,  Azərbaycan Respublikası  dünyanın hesablaşdığı, yeni reallıqların müəllifi kimi qüdrətli dövlətlərdən birinə çevrilmişdir. #Bugün biz sözün əsl mənasında müstəqil, bütöv, azad, şanlı  Azərbaycanın Müstəqilliyini qeyd edirik.  Artıq dost-düşmən hər kəs bilir ki, müstəqilliyimiz əbədidir,daimidir,dönməzdir.
Müstəqilliyin mübarək, Azərbaycan!
Yaşasın müstəqil və bütöv Azərbaycan!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31