"Bayrağımızın bütün tarixi torpaqlarımızda dalğalanacağına inanıram"- ÖZƏL
18 Oktyabr 2022 10:15 Siyasət"Tarixdə təsadüfi heç nə olmur. 2020-ci il 18 oktyabr tarixində Müstəqilliyin bərpası günündə şanlı ordumuz bölünmüş vətənimizin birlik rəmzi olan Xudafərin körpüsünü düşmən işğalından qurtarıb bayrağımızı yenidən ucaldaraq qarşımızda yeni üfüqlər açdı". Olaylar xəbər verir ki, bunu deyən millət vəkili Musa Qasımlının sözlərinə görə, bir zamanlar Səməd Vurğun "Körpünün həsrəti" şeirində yazırdı ki, körpü tikilsə də üstündən keçən yoxdur, onu ot basıb, üstündən insanların keçməsi həsrətini çəkir: "O həsrətə son qoyulacağına və bayrağımızın bütün tarixi torpaqlarımızda dalğalanacağına inanıram.
Bayramınız mübarək olsun!"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31