Makron kimi təxribatçılar erməni cəmiyyətini məhvə aparır - ÖZƏL

"Fransa prezidenti Emmanuel Makronun istər Azərbaycan, istərsə də Qarabağla əlaqədar söylədiyi fikirlər əsassız, heç bir məntiqə söykənməyən yalan doli ifadələr olmaqla yanaşı, həm də onun tarixi yaxşı bilməməsinin göstəricisidir. Əks halda Makron Qarabağın tarixini təhrif etməzdi". Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, Fransa prezidentinin sərsəmləmələri həm də onu deməyə əsas verir ki, Makron erməni lobbisinin əsirinə çevrilib: "Əks halda ağlı başında olan heç bir şəxs, ölkə başçısı iddia edə bilməz ki, Qarabağ Azərbaycan tərəfindən işğal edilib. Bu sərsəm açıqlamanı, fikirləri yalnız erməni lobbisinin girovluğunda olan biri deyə bilər".

İctimai Birlik sədri qeyd edib ki, Makron bununla həm də Qafqazda sülhün əldə olunmasına mane olmağa çalışır, bir növ tərəflər arasında qızışdırıcı rolunu oynayır: "Lakin ermənilər birmənalı olaraq başa düşməlidirlər ki, Makronun söylədiyi fikirlər nə qədər onların ürəyincə olsa da, nəticə etibarilə Azərbaycanla sülh müqaviləsi bağlamaqdan başqa yolları yoxdur. Əksinə, Makron kimi təxribatçılar erməni cəmiyyətini məhvə aparır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31