Mollalar açıq şəkildə Azərbaycanı təhdid edir - ÖZƏL

"SEPAH bu gün Azərbaycanla sərhəddə - Araz çayı boyunca təlimlərə başlayıb.Təlimdə hansı ssenarinin tətbiq ediləcəyi də açıqlanıb. Bunlar helikopter-paraşüt əməliyyatı, gücə hücumu, helikopter döyüşü, PUA-ların istifadəsi, nəqliyyat/rabitə xətlərinin ələ keçirilməsi və nəzarət, strateji yüksəkliklərin ələ keçirilməsi və Araz çayı üzərində körpünün inşa edilməsindən ibarətdir". "Olaylar" xəbər verir ki, bunu deyən siyasi şərhçi Asif Nrimanlının sözlərinə görə, İran ordusu Azərbaycan sərhədində bu ssenarini məşq edəcək: "Ən diqqətçəkən məqam Araz çayı üzərindən körpünün inşa edilməsinin də təlimə daxil edilməsidir. Bu, sərhədə toplanan ordunun Araz çayı üzərindən Azərbaycan ərazisinə keçə biləcəyinin mesajı, eyni zamanda, inşa ediləcək körpü, yaxud körpülər üzərindən keçərək, müdaxilə edə biləcəklərinə işarədir. Mollalar açıq şəkildə Azərbaycanı təhdid edir. Araz çayı boyunca Azərbaycan-Türkiyə birgə təlimlərinin keçirilməsi bu təhdidlərə tutarlı cavab olardı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31