Qısa müddət ərzində əhali öz doğma yurdlarına qaytarılacaq - ÖZƏL
17 Oktyabr 2022 13:05 Siyasət"Bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgər və zabitlərimizin Fizuli şəhərini və rayonun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, və Dədəli kəndlərini azad etdiyi gündən iki il keçir. O vaxtdan qısa bir müddət keçməsinə baxmayaraq erməni vandallarının xarabalığa çevirdiyi bu ərazilərdə möhtəşəm quruculuq işlərinə start verilib və mənfur düşmənlərimizin bu torpaqlara vurduğu yaralar sürətlə sağalmaqdadır". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Təkamül Partiyasının sədri Teyyub Əliyev səsləndirib. O bildirib ki, beynəlxalq səviyyəli Fizuli hava limanının qısa müddətdə istifadəyə verilməsi buna bariz nümunədir: "İndi işğaldan azad edilmiş digər ərazilərimizdə də bərpa-quruculuq işləri sürətlə davam edir və qısa müddət ərzində əhali öz doğma yurdlarına qaytarılacaqdır".