Astana səfəri diplomatiyamızın növbəti uğurudur - Məlahət İbrahimqızı

"Möhtərəm Prezidentimizin hədsiz dərəcədə sıx xarici səfərləri ictimaiyyət tərəfindən  çox diqqətlə izlənir və yüksək qiymətləndirir. Xüsusi vurğulamaq lazımdır ki, təkcə oktyabr ayında möhtərəm  Prezidentimiz çox əhəmiyyətli, beynəlxalq səviyyəli,  ölkəmiz üçün çox önəmli bir sıra, 7 mötəbər tədbirdə iştirak etmişdir. Bununla bərabər o, çıxış edərək, ölkəmiz və bölgəmiz üçün, Azərbaycan-Ermənistan münasibətlərin normallaşması ilə bağlı aktual problemləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıbdır. Bu mənada möhtərəm cənab İlham Əliyevin bu ilin 11 oktyabrında baş tutan Qırğızıstana dövlət səfəri, həm də 13-14 oktyabrdakı Astana səfəri diplomatiyamızın növbəti uğurlarıdır". "Olaylar" xəbər verir ki, bu fikri millət vəkili Məlahət İbrahimqızı səsləndirib. Bildirib ki, ilk dəfə baş tutmuş möhtərəm Prezidentimizin Qırğızıstana dövlət səfəri və bu ilin əvvəlində Qırğızıstan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə və qarşılıqlı münasibətləri keyfiyyətcə yeni mərhələyə çıxarıb: "Yarım il bundan əvvəl əldə edilən razılaşmaların çoxu artıq real siyasət sahəsinə transformasiya olunur. Mədəni-humanitar, iqtisadiyyat, nəqliyyat, təhsil, yüksək texnologiyalar sahələri ilə bağlı geniş məsələlər ətraflı müzakirə olunub. Prezident İlham Əliyevin Bişkekdə mətbuata verdiyi bəyanatından nəticə çıxarmaq olur ki, nəticələrə hədəflənmiş iki ölkə arasındakı əməkdaşlıq nəzərdə tutulandan daha tez həyata keçir. Razılaşmaya görə Qırğızıstan-Azərbaycan İnkişaf Fondu yaradılacaq. İnkişaf Fondunun  yaradılması barədə qərar mühüm əhəmiyyətə malikdir. Bu Fond inkişafa, investisiyaların cəlb edilməsi işinə, iş yerlərinin yaradılmasına və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün daha çox ilkin şərtlərin formalaşdırılmasına xidmət edəcək".

Millət vəkili bildirib ki, iki qardaş ölkə arasındakı əməkdaşlıqdan danışarkən sözsüz ki, effektiv əməkdaşlığın konkret nümunələrinə diqqət çəkmək yerinə düşər: "Azərbaycanın iki peyki - "Azersky" və "Azerspace-1" Qırğız tərəfdaşlarımıza xidmətlər göstərir. Nəqliyyat-tranzit, loqistik kammunikasiya sahəsində Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə və istismarına başlamaqla əmtəə dövriyyəsinin artması və yüklərin daşınmasının ucuzlaşması üçün imkanlar yaranacaq. Effektiv əməkdaşlıq amili hər iki ölkə üçün rentabelli olacaq. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq səmimidir və qarşılıqlı dəstəyə əsaslanıb. Bişkekdə ən böyük məktəblərdən biri Azərbaycan dövlətinin banisi Heydər Əliyevin adını, digər məktəb isə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyacaq. Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılması münasibətlərimizin perspektivliyini təmin edəcək. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa da Qırğızıstan şəhərləri ilə qardaşlaşacaq. Bir sözlə, Bakı və Bişkek qardaşlaşmış şəhərlərə çevriliblər.Möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın iclasında çıxışında dediyi kimi, bu gün Türk dünyası yeni potensial əldə edir. Həm Azərbaycan, həm də Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfə verir. Bu ilin noyabr ayında keçiriləcək Zirvə Görüşü bizim həmrəyliyimizin möhkəmlənməsi işində daha bir addım olacaq. Biz daim müstəqillik və milli ləyaqət yolu ilə getməkdən ötrü öz köklərimizə yaxın olmalı, öz ənənələrimizə, əcdadlarımızın vəsiyyətlərinə söykənməli və xalqlarımızın nadir mədəniyyətini qoruyub saxlamalıyıq. Artıq yarım ildir ki, Azərbaycan və Qırğızıstan rəsmi şəkildə strateji tərəfdaşlardır. Bəyannamə uğurla həyata keçir. Bəyannamə daha konkret məzmunla zənginləşəcək. Birgə İnvestisiya Fondunun yaradılması barədə qərar belə amillərdən biridir".

Onun bildirdiyinə görə, Azərbaycan uzun illərdir ki, investor ölkədir. Qarşılıqlı maraqlara xidmət edən investisiyalar yeni imkanlar yaradır: "Biz münasibətlərimizi Dövlətlərarası Şuranın hamiliyi altında strukturlaşdırırıq ki, qərarların qəbul edilməsinə, o cümlədən ticari-iqtisadi fəaliyyət çərçivəsində nəzarət üçün daha çox imkanlara və daha çox dinamizmə malik olaq. Artıq hökumətlərarası komissiyanın iclası Bakıda təşkil olunub və 2023-cü  ildə  Bişkekdə keçiriləcək. Dövlətlərarası Şura, hökumətlərarası komissiya - bunlar o mexanizmlərdir ki, bizə həmişə əlimizi nəbzimizdə tutmaq və hədəflərə nail olmaq üçün nə etmək lazım olduğunu görmək imkanı verəcək.Həm gələn il, həm də gələcək illər üçün mədəni gündəlik müəyyən olunub. Azərbaycanda Qırğızıstanın mədəniyyət günlərinin, Qırğızıstanda Azərbaycanın mədəniyyət günlərinin keçirilməsi tamaşaçılarımıza, dinləyicilərimizə ölkələrimizin zəngin mədəniyyəti ilə tanış olmağa, müxtəlif səviyyələrdə daha çox, daha sıx təmaslar qurmağa imkan verəcək. Qürurla deməliyik ki, bu gün açıq dənizlərə çıxışı olmayan Azərbaycan artıq mühüm nəqliyyat şəbəkəsi yaradıb. İndiki mərhələdə nəqliyyat-tranzit sahəsində əməkdaşlığın vacibliyi xüsusilə vurğulanmalıdır. Artıq fəaliyyət göstərən, eləcə də planlaşdırılan yeni nəqliyyat yolları kommunikasiyalarımızı daha sıx birləşdirməyə imkan verəcək. Xəzərin bizim tərəfində tam olaraq Avropa istehlakçılarına qədər - həm dəmir yolu, həm avtomobil yolu, həm hava yolu və bizim yük hava nəqliyyatının potensialı nəzərə alınmaqla artıq geniş nəqliyyat infrastrukturu var. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Orta Dəhlizin bir hissəsi olacaq. Ələt ticarət limanının potensialı 15 milyon tondan 25 milyon tona qədər artacaqdır. Azərbaycandan çox böyük potensiala malik Şimal-Cənub dəhlizi də keçir. Artıq həm Cənub-Qərb, həm də Şimal-Qərb dəhlizlərinin potensialını genişləndirmək üçün imkanlar var. Burada həyata keçirilən layihələr haqqında informasiya və sinxronlaşdırma ilə bağlı məsələlər çox vacibdir. Sözsüz ki, bölgədə belə möhtəşəm  infrastruktur layihələr tam gerçəkləşdikdən sonra  ölkəmizin nəqliyyat potensialı daha da genişlənəcəkdir. Xüsusi vurğulamaq lazımdır ki, Türküstanın  qardaş türk xalqları və ölkələri ilə Azərbaycan arasında olan ikitərəfli və çoxtərəfli əkmədaşlıq, bu ölkələrin  iqtisadiyyatına və gələcək inkişafına misilsiz töhfələr vercəkdir.  Yekun olaraq, qlobal səviyyədə götürdükdə isə müasir çağırışlara cavab verən və Azərbaycanın təşəbbüsü və dəstəyi ilə gerçəkləşən Zəngəzur dəhlizi kimi Orta Dəhliz də kimi əzəmətli layihələr Böyük İpək yolunun, eləcə də Bir Kəmər Bir Qovşaq layihəsi perspektivindən də böyük geosiyasi,  iqtisadi mədəni əlaqələr baxımından da böyük əhəmiyyətə malikdir. Ümidvarıq ki, bu layihələr gerçəkləşdikdən sonra ölkəmizin beynəlxalq aləmdə nüfuzu daha da artacaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31