Zəfərin başlanğıc nöqtəsi Füzuli şəhərinin işğaldan azad olunması günüdür - ÖZƏL

"Bu gün təqvimdə 17 oktyabr 2022 ci ildir. İlk olaraq Gəncə terrorunda həlak olan mələkləri,Gəncə şəhəri 29 saylı orta məktəbin şagirdləri Nigar Əsgərova, Artur Mayakov, Orxan Xəlilli və Məryəm Xəlillini yada salmaqla 44 günlük Vətən müharibəsinin günahsız qurbanlarını, qəhrəman şəhidlərini yad edir, doğmalarına səbr diləyirəm!" "Olaylar xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova öz sosial şəbəkə səhifəsində qeyd edib. Bildirib ki, bu gün həm  birinci, həm də ikinci Qarabağ müharibəsində Zəfərin başlanğıc nöqtəsi olan Füzuli şəhərinin işğaldan azad olunması günüdür: "Azərbaycan Xalqı və Ordusunun ölkə prezidenti və Ali Baş Komandanı ilə birlikdə böyük Qələbənin qazanılması və düşmənin torpaqlarımızdan qovulması yolunda əldə etdiyi ilk böyük uğurun ikinci ildönümüdür.Sevinc və kədər qarışıq belə bir gündə 30 il ərzində itirdiyimiz doğmaları və dostları daha böyük qürurla xatırlayır, eyni dərəcədə kədər və nisgillə yad edirəm!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31