XİN Gəncə terroru ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış etdi
17 Oktyabr 2022 11:34 SiyasətErmənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Gəncə şəhərinə, dinc əhaliyə növbəti raket hücumundan 2 il ötür.
Olaylar.az bildirir ki, bu barədə bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi "Twitter" hesabında qeyd edilib.
"Bu qəddar hücumun nəticəsində 15 nəfər həlak olub ki, onların arasında uşaqlar da var idi. Günahsız insanların qurban olmasına görə beynəlxalq ictimaiyyəti Ermənistanı törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb etməyə çağırırıq", - deyə bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31