Biz fəxarət hissi ilə "Qarabağ Azərbaycandır! Füzuli Azərbaycandır!" deyirik - ÖZƏL

"17 oktyabr günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutur. Çünki məhz oktyabrın 17-də böyük şəhərimiz Füzuli işğalçılardan azad edildi. Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərmişdir". "Olaylar"ın məlumatına görə, bunu deyən millət vəkili Tamam Cəfərovanın sözlərinə görə,  Azərbaycan Ordusu düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək tarixi ədaləti bərpa etdi və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi: "Bu sevindirici xəbəri isə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 17-də xalqa müraciətində çatdırıb. Vətənimizin ərazi bütövlüyü, suverenliyi və Konstitusiya quruluşu uğrunda canından keçən bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, Allahdan rəhmət diləyirəm. Məhz Ali Baş Komandan və onun rəşadətli ordusu sayəsində biz fəxarət hissi ilə  " Qarabağ Azərbaycandır! Füzuli Azərbaycandır! " deyirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31