Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, MilliMəclisin deputatı Səttar Möhbalıyev türkiyəli həmkarlarına başsağlığı verib

Başsağlığında deyilir:

"Türkiyənin Bartın vilayətinin Amasra rayonunda mədəndə baş vermiş partlayış

nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə aldığımız

xəbər bizi son dərəcə kədərləndirdi. Bununla əlaqədar dost və qardaş Türkiyənin həmkarlar ittifaqlarının rəhbərlərinə, həlak olanların ailələrinə və yaxınlarına,

qardaş Türkiyə xalqına öz adımdan, həmçinin Azərbaycan həmkarlar ittifaqları

adından başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31