Deputatlarımız ATƏT PA-nı tədbirinə qatılacaqlar

Milli Məclisin ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Azay Quliyev və deputat Tural Gəncəliyev təşkilatın İpək Yoluna Dəstək Qrupunun 4-cü beynəlxalq konfransında iştirak etmək üçün oktyabrın 17-də Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, tədbirdə "Böhran dövründə təminat zəncirlərinin davamlılığı və qida təhlükəsizliyi", "Davamlı ətraf mühit və inkişaf üçün enerji təhlükəsizliyi" mövzularında müzakirələr aparılacaq. ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun sədri Azay Quliyevin moderatorluq edəcəyi yekun iclasda İstanbul Bəyannaməsi qəbul ediləcək. Konfrans çərçivəsində "İpək Yolu marşrutunda iqtisadi imkanlar" mövzusunda biznes-forum keçiriləcək. Deputatlarımız konfransda müzakirəyə çıxarılacaq məsələlərə münasibət bildirəcəklər.

Səfər oktyabrın 19-da başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31