15oktyabr - TARİXDƏ BU GÜN
15 Oktyabr 2022 11:38 Siyasət"19 il əvvəl Azərbaycan xalqı Şuşanın Fatehini, Qarabağın Xilaskarını seçmişdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 19 ildə əsrə bərabər inkişaf yolu keçib". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Tamam Cəfərovanın sözlərinə görə, İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib: "Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. Və illər keçdikcə Azərbaycan xalqının sevgisi və inamı daha da artmış, Müzəffər Ali Baş Komandanın ətrafında "Dəmir Yumruq" kimi birləşmişdir. Bunun nəticəsi olaraq, Böyük Vətən muharibəsində xalq-iqtidar birliyinin möhtəşəm vəhdəti ilə zəfər çaldıq. Bütün dünya bu birliyə bir daha şahid oldu.Bu tarixi zəfər bir daha Prezident İlham Əliyevin həm bir sərkərdə, həm də diplomat kimi nə qədər yüksək peşəkarlığa malik olduğunu göstərdi. Bundan sonra da qarşımızda məsuliyyətli illər bizi gözləyir. İnanıram ki, dövlətimizin və xalqımızın birliyi ilə biz bütün bunların öhdəsindən gələcəyik! Uca Tanrı Azərbaycanı qorusun!"