Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə başsağlığı verib.
15 Oktyabr 2022 10:09 SiyasətOlaylar.az xəbər verir ki, bu barədə nazir bu gün rəsmi "Twitter" hesabında qeyd edib.
"Qardaş Türkiyənin Bartın şəhərində mədəndə partlayışda həlak olanlara Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr diləyirik. Yaralıların tezliklə sağalmasını, mədəndə dağıntılar altında qalmış insanların qurtarılmasını arzulayırıq. Başın sağolsun, Türkiyə", - deyə paylaşımda bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31